
BYD 16 milyonuncu NEV avtomobilini istehsal edib
Fins.az - Çinin elektrik avtomobil istehsalçısı BYD New Energy Vehicle (NEV) kateqoriyasında 16 milyonuncu avtomobilini istehsal etdiyini açıqlayıb.
NEV anlayışı tam elektrik avtomobilləri, plug-in hibridləri və hidrogenlə işləyən nəqliyyat vasitələrini əhatə edir. Şirkət ilk elektrik avtomobilini 2008-ci ildə istehsal edib, 2022-ci ildən isə yalnız elektrik və plug-in hibrid modellərə fokuslanıb.
16 milyonuncu NEV model kimi Denza D9 miniveni təqdim olunub.
Bununla belə, şirkətin daxili bazarda satışlarında kəskin azalma müşahidə olunur. Rəsmi məlumatlara görə, BYD-nin Çində satışları ilin ilk rübündə 52,1% azalıb və 308 476 avtomobil təşkil edib.
Eyni dövrdə Çin avtomobil bazarında liderlik Geely, Volkswagen və Toyota markalarına məxsus olub.