Brado Carbon Buggy təqdim olunub: klassik üslubda müasir çimərlik avtomobili

Brado Carbon Buggy təqdim olunub: klassik üslubda müasir çimərlik avtomobili

AVTO
268

Fins.az - İtaliyanın Parma şəhərində fəaliyyət göstərən gənc Brado Cars şirkəti ilk modeli olan Brado Carbon Buggy-ni təqdim edib.

Yeni baqqinin kuzovu tamamilə karbon lifli materialdan hazırlanıb. Bununla yanaşı, avtomobilin texniki quruluşunda klassik yanaşmaya üstünlük verilib.

Şirkətin təsisçiləri avtomobil idmanı mühəndisi Matias Mussetta və sahibkar Andrea Mazzukadır.

Modelin dizaynı tanınmış argentinalı avtomobil dizayneri Xuan Manuel Dias tərəfindən hazırlanıb. O, daha əvvəl müxtəlif məşhur idman avtomobillərinin və yarış maşınlarının yaradılmasında iştirak edib.

Brado Carbon Buggy görünüş baxımından klassik çimərlik baqqilərini xatırladır və müasir materiallarla ənənəvi avtomobil ruhunu birləşdirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Brado Carbon Buggy təqdim olunub: klassik üslubda müasir çimərlik avtomobili — Fins.az — Fins.az