
Böyük smart #6 liftbekinin satışına start verilib
Fins.az - Yeni smart #6 modelinin rəsmi satışına başlanılıb.
Məlumata görə, beşqapılı avtomobil ön ötürücülü, şarj edilə bilən hibrid güc qurğusu ilə təklif olunur.
Alıcılar üçün modelin üç fərqli komplektasiyası təqdim edilib.
Smart #6 modelinin sertifikat məlumatları ötən ilin dekabr ayında Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin bazasında yer almışdı.
Avtomobilin ictimai təqdimatı isə 2026-cı ilin aprel ayında Pekin Avtosalonunda keçirilib.