
BMW yeni tamölçülü yolsuzluq avtomobili hazırlayır
Fins.az - Almaniyanın BMW şirkəti model sırasını yeni tamölçülü yolsuzluq avtomobili ilə genişləndirməyi planlaşdırır.
Məlumata görə, şirkətin bu istiqamətdə planları barədə ilk məlumatlar ötən ilin yayında ortaya çıxıb.
Yeni modelin şərti olaraq BMW G74 adlandırıldığı bildirilir. Avtomobilin əsas xüsusiyyəti klassik yolsuzluq avtomobillərinə xas olan sərt və güclü dizayn konsepsiyası olacaq.