
BMW Çin bazarı üçün uzadılmış i3 və iX3 modellərini təqdim edib
Fins.az - BMW şirkəti Çin bazarı üçün nəzərdə tutulmuş uzadılmış təkər bazasına malik i3 sedanını və iX3 krossoverini təqdim edib.
Hər iki modeldə oxlararası məsafə üç metrdən çoxdur ki, bu da daha geniş salon və yüksək komfort təmin edir.
Tam elektrikli iX3 modeli əvvəlcə 2020-ci ildə təqdim olunmuşdu, lakin yeni nəsil artıq müstəqil model kimi hazırlanıb və 800 voltluq elektrik arxitekturasına malik yeni modul platformaya əsaslanır.
Qeyd olunur ki, yenilənmiş iX3 BMW-nin yeni “yaşıl” modellər ailəsinin ilk nümayəndəsidir və markanın elektrikləşmə strategiyasında mühüm rol oynayır.