
Beşinci nəsil BMW X5 tam təqdim olunub
Fins.az - BMW beşinci nəsil X5 krossoverinin dünya premyerasını keçirib.
G65 zavod indeksini daşıyan yeni model ABŞ-ın Cənubi Karolina ştatındakı Spartanberq zavodunda təqdim edilib. Avtomobilin qiymətləri artıq açıqlanıb.
Daxiliyanma mühərrikli versiyaların satışına 2026-cı ilin noyabr ayının sonunda başlanacaq.
Tam elektrik və qoşulan hibrid versiyalar isə 2027-ci ilin əvvəlində bazara çıxarılacaq.
BMW X5 modeli ilk dəfə 1999-cu ildə istehsal olunub və bu müddət ərzində bir neçə nəsil dəyişərək markanın ən populyar krossoverlərindən birinə çevrilib.