
Bentley yeni “Barnato” krossoveri üzərində işləyir
Britaniyanın premium avtomobil markası Bentley yeni krossover modeli üzərində işləyir.
Son günlər internetdə yeni prototipin sınaq görüntüləri yayılıb və bu, şirkətin “Barnato” adlandırılması gözlənilən yeni modelinə marağı artırıb.
Hazırda Bentley model xəttində yeganə krossover Bentayga hesab olunur. 2015-ci ildə təqdim edilən model 2020-ci ildə yenilənib, 2022-ci ildə isə uzun bazalı EWB versiyası əlavə olunub.
Yeni planlara əsasən, Bentley tam yeni krossover hazırlayır və bu model Bentayga-dan bir pillə aşağı mövqedə yerləşəcək.