Bentley unikal W12 mühərrikindən imtina edəcək

Bentley unikal W12 mühərrikindən imtina edəcək

AVTO
673

Bentley şirkətinin yeni inkişaf strategiyasına görə, 2026-cı ilə qədər Britaniya markasının bütün modelləri elektrikləşdiriləcəkdir.

Fins.az xəbər verir ki, bu da W12 mühərrikinin karyerasının sonu deməkdir.

Dünyadakı yeganə W12 mühərriki, Volkswagen konserninin unikal məhsuludur. 2001-ci ildə işıq üzü görmüş aqreqat, o zamandan bəri demək olar ki, bütün Bentley modellərində - Bentayga, Continental GT və Flying Spur, habelə Audi markasının flaqmanı olan A8 sedanında istifadə edilib. Mühərrik kiçik dəyişikliklərlə bu günə qədər gəlib çatıb, lakin indi onun başının üstünü qara buludlar alıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bentley unikal W12 mühərrikindən imtina edəcək — Fins.az — Fins.az