Bentley ilk elektromobili Torcal-ı sentyabrda təqdim edəcək

Bentley ilk elektromobili Torcal-ı sentyabrda təqdim edəcək

AVTO
95

Fins.az - Bentley ilk tam elektrikli krossoveri olan Torcal modelini sentyabrın 23-də təqdim edəcəyini açıqlayıb.

Model adını İspaniyanın Malaqa vilayətində yerləşən Torcal de Antequera qoruğundan alıb və eyni zamanda ingilis dilində “fırlanma anı” mənasını verən torque sözünə istinad edir. Yeni elektromobilin dizaynı ötən il təqdim olunan EXP 15 konseptindən ilhamlanıb. Daha əvvəl Qərb mətbuatında modelin şirkət tarixinin tanınmış simalarından biri olan Vulf Barnatonun şərəfinə Barnato adlandırılacağı ehtimal edilsə də, Bentley son seçim olaraq Torcal adını təsdiqləyib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bentley ilk elektromobili Torcal-ı sentyabrda təqdim edəcək — Fins.az — Fins.az