
BAIC və Huawei-dən yeni nəhəng krossover – Stelato G9 təqdimata hazırlaşır
Fins.az - Çinin Huawei və BAIC Group şirkətlərinin birgə yaratdığı Stelato markası ikinci modelini bazara çıxarmağa hazırlaşır.
Yeni model Stelato G9 adlanır və Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin məlumat bazasında artıq qeydiyyata alınıb.
Məlumata görə, krossover həm hibrid, həm də tam elektrik versiyalarında təqdim olunacaq. Hər iki modifikasiya standart olaraq tam ötürmə sistemi ilə təchiz ediləcək.