Azərbaycanda yük avtomobili və avtobus istehsalı artıb

Azərbaycanda yük avtomobili və avtobus istehsalı artıb

AVTO
401

2026-cı ilin yanvar–aprel aylarında Azərbaycanda 1 546 ədəd minik avtomobili istehsal edilib.

Fins.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 278 ədəd və ya 15,2 faiz azalma deməkdir.

Cari ilin mayın 1-nə olan vəziyyətə görə, ölkədə hazır minik avtomobili ehtiyatı 375 ədəd təşkil edib.

Eyni zamanda hesabat dövründə Azərbaycanda 286 ədəd yük avtomobili istehsal olunub. Bu göstərici ötən ilin yanvar–aprel ayları ilə müqayisədə 253 ədəd və ya 8,7 dəfə çoxdur.

Mayın 1-nə ölkədə hazır yük avtomobili ehtiyatı 23 ədəd olub.

Bundan başqa, ilin ilk dörd ayında ölkədə 153 ədəd avtobus istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,8 dəfə artım deməkdir.

Dövr ərzində hazır avtobus ehtiyatı 34 ədəd təşkil edib.

Qeyd edilib ki, maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2026-cı ilin yanvar–aprel aylarında 168,4 milyon manatlıq məhsul istehsal olunub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,8 dəfə artsa da, maşın və avadanlıqların istehsalı 74,5 faiz azalıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda yük avtomobili və avtobus istehsalı artıb — Fins.az — Fins.az