
Azərbaycanda BYD Dolphin EV: qiymət və texniki göstəricilər açıqlanıb
Fins.az - BYD Dolphin EV 30 300–36 300 manat qiymət aralığında satışa çıxarılıb.
Məlumata görə, BYD Dolphin EV müasir dizayna malik subkompakt elektrik hetçbekidir və BYD-nin e-Platform 3.0 platforması üzərində qurulub.
Qeyd olunur ki, model 60.5 kWh tutumlu Blade LFP batareya və 150 kW (204 at gücü) mühərrik ilə təchiz olunur.
Texniki göstəricilərə əsasən, avtomobilin yürüş məsafəsi WLTP standartına uyğun olaraq 427 km-ə qədər, əlverişli şəraitdə isə 520 km-ə qədər təşkil edir.
Məlumata görə, BYD Dolphin EV 0-dan 100 km/saat sürətə təxminən 7 saniyəyə çatır və bu göstərici modeli öz sinfində rəqabətədavamlı edir.


