
Azərbaycana gətirilən elektromobillərin sayı azalıb
Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 299 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi idxal edilib.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, elektromobillərin ümumi idxal dəyəri 7,898 milyon ABŞ dolları təşkil edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 129 ədəd və ya 43,1 faiz, dəyər ifadəsi ilə isə 7,660 milyon ABŞ dolları və ya 2 dəfə azalma deməkdir.
Ümumilikdə, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycana 339,6 milyon ABŞ dolları dəyərində 15 351 ədəd avtomobil idxal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 7 585 ədəd və ya 1,5 dəfə, dəyər ifadəsi ilə isə 60,6 milyon ABŞ dolları və ya 15,1 faiz azalıb.
Dövr ərzində ölkəyə 50,972 milyon ABŞ dolları dəyərində 280 ədəd, 10 və daha çox sərnişin daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri idxal edilib. Eyni zamanda, 251,916 milyon ABŞ dolları dəyərində 13 359 ədəd əsasən sərnişin daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri ölkəyə gətirilib.