Azərbaycan dekabrda minik avtomobillərinin istehsalını kəskin artırıb

Azərbaycan dekabrda minik avtomobillərinin istehsalını kəskin artırıb

AVTO
478

2020-ci ildə Azərbaycanda 1 949 minik avtomobili istehsal olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2019-cu il ilə müqayisədə ölkədə ötən il minik avtomobillərinin istehsalı 17,4% azalıb.

Təkcə dekabrda ölkədə 307 minik avtomobili istehsal olunub ki, bu da noyabr ayı ilə müqayisədə 2,1 dəfə çoxdur. Yanvarın 1-nə anbarlarda 199 vahid hazır məhsul ehtiyatı qalıb.

Traktorlara gəldikdə, ölkədə 2020-ci ildə 300 traktor istehsal olunub ki, bu da illik müqayisədə 66,9% azdır. Dekabr ayında traktor istehsal olunmayıb və yanvarın 1-nə anbarlarda 99 vahid hazır məhsul ehtiyatı qalıb.

Xatırladaq ki, ötən il minik avtomobillərinin istehsalında azalma koronavirus pandemiyası çərçivəsində ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar olub. Belə ki, 2020-ci ilin aprelindən ölkədə minik avtomobillərinin istehsalı dayandırılmışdır. İstehsal yalnız iyunda bərpa olunub. Traktorların istehsalı isə may ayından etibarən dayandırılmışdı və yalnız avqustda bərpa olunub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan dekabrda minik avtomobillərinin istehsalını kəskin artırıb — Fins.az — Fins.az