
“Avtosiğorta-2026” forumu Sankt-Peterburqda keçiriləcək
Fins.az - 20–21 avqust 2026-cı il tarixlərində Sankt-Peterburq şəhərində “Avtosiğorta-2026” adlı nəqliyyat və sığorta forumu keçiriləcək.
Tədbir sığorta şirkətlərini, yük və sərnişin daşımaları sektorunu, taksi parklarını, lizinq və avtomobil satışı şirkətlərini, həmçinin IT platformaları və marketplace-ləri bir araya gətirəcək.
Forumda ОСАГО tarifləri, zərər tənzimlənməsi, ehtiyat hissələri çatışmazlığı, lizinq sistemində risklər və sığorta məhsullarının rəqəmsal satış kanalları kimi aktual məsələlər müzakirə olunacaq.
Təşkilatçılar qeyd edir ki, tədbir “bazarı müşahidə edənlər üçün deyil, ondan birbaşa asılı olan və qərar qəbul edənlər üçündür”.
Forumun məqsədi sığorta və nəqliyyat bazarındakı dəyişikliklərə uyğun yeni biznes modellərinin və həll yollarının tapılmasıdır.