Avtomobil ixracında lider dəyişdi

Avtomobil ixracında lider dəyişdi

AVTO
1,483

Çin ilin ilk üç ayında Yaponiyanı qabaqlayaraq dünyanın ən böyük avtomobil ixracatçısı olub.

Fins.az "Dünya Gazetesi"nə istinadən xəbər verir ki, Çinin avtomobil ixracının artması elektriklə işləyən avtomobillərə marağın artması və Rusiyada satışların artması ilə izah edilib.

Rəsmi məlumatlara görə, Çin ilin ilk üç ayında 1 milyon 70 min avtomobil ixrac edib. Bu, 2022-ci ilin ilk üç ayı ilə müqayisədə 58% artım deməkdir.

Eyni dövrdə Yaponiya ixrac etdiyi nəqliyyat vasitələrinin sayını yüzdə 6 artımla 954 min 185-ə çatdırıb.

Ötən il Çin Almaniyadan sonra dünyanın ikinci ən böyük avtomobil ixracatçısı adını almışdı.

Zəminə Hüseyn
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avtomobil ixracında lider dəyişdi — Fins.az — Fins.az