
Audi Q9 modelinin yeni görüntüləri yayımlanıb
Fins.az - Audi Q9 modelinin yeni görüntüləri təqdim olunub.
Bu ayın əvvəlində Audi gələcək flaqman krossoverinin tizerlərini yayımlayıb.
Yayımlanan görüntülər sayəsində avtomobilin xarici görünüşünə aid yeni detallar məlum olub.
Audi Q9-un iriölçülü premium krossover seqmentində markanın ən yüksək səviyyəli modellərindən biri olacağı gözlənilir.