
Ariel Atom 4RR – ən ekstremal versiya satışa çıxıb
Fins.az - Böyük Britaniyanın Ariel Motor Company şirkəti Atom modelinin 25 illiyi münasibətilə onun ən güclü və ən sürətli versiyası olan 4RR-ni satışa çıxarıb.
Yeni sportkar əl ilə yığılmış 2,0 litrlik turbo mühərriklə təchiz edilib və 532 at gücü hasil edir. Avtomobil 0-dan 100 km/saat sürətə cəmi 2,4 saniyəyə çatır ki, bu da onu markanın tarixində ən ekstremal modellərdən birinə çevirir.
Qeyd edək ki, Ariel Atom modeli 2000-ci ildən istehsal olunur və bu yeni versiya onun 25 illik yubileyinə həsr edilib. 4RR modeli əvvəlcədən elan olunsa da, yalnız indi rəsmi olaraq satışa çıxarılıb və onun texniki xüsusiyyətləri ilə qiyməti açıqlanıb.