
Arcfox Wendao V9 lüks, lakin rəqiblərdən daha ucuz miniven kimi təqdim edilib
Fins.az - Çinin dövlət avtomobil konqlomeratı BAIC-ə məxsus Arcfox markası yeni premium Wendao xəttinin ilk modelini təqdim edib. Söhbət plug-in hibrid miniven olan Wendao V9-dan gedir və model üçün artıq ön sifarişlər qəbul olunur.
Arcfox 2017-ci ildə yüksək texnologiyalı, lakin daha əlçatan elektrik avtomobilləri istehsal etmək məqsədilə yaradılıb. Son illərdə isə markanın model xəttinə plug-in hibridlər də əlavə olunmağa başlayıb.
Wendao V9 bu istiqamətin ilk tam hibrid miniveni kimi hazırlanıb və yeni premium alt-brendin əsas modeli sayılır. Gələcəkdə Wendao xəttinin Arcfox-dan ayrılaraq müstəqil marka kimi də fəaliyyət göstərə biləcəyi istisna edilmir.
Modelin əsas üstünlüklərindən biri onun lüks seqmentə aid olmasına baxmayaraq, rəqiblərlə müqayisədə daha münasib qiymət strategiyası ilə təqdim olunmasıdır.