
Apollo Evo Caribbean Dragon təqdim olunub: V12 mühərrikli eksklüziv trek superkarı
Fins.az - Apollo Automobil Böyük Britaniyada keçirilən Qudvud Sürət Festivalında trek üçün nəzərdə tutulmuş Apollo Evo Caribbean Dragon superkarının ilk müştəri nüsxəsini təqdim edib.
Model ötən il debüt edən Apollo Evo layihəsinin xüsusi versiyasıdır və yalnız yarış traslarında istifadə üçün hazırlanıb. Avtomobil ictimai yollarda istismar üçün sertifikatlaşdırılmayıb.
Superkar aqressiv aerodinamik dizaynı, atmosfer tipli V12 mühərriki və məhdud sayda istehsalı ilə seçilir. Almaniyada fəaliyyət göstərən Apollo Automobil şirkəti vaxtilə fəaliyyətini dayandırmış Gumpert markasının bazasında formalaşıb və yüksək performanslı eksklüziv avtomobillərin istehsalı ilə məşğuldur.