ABŞ istehsalı olan Nissan Murano Yaponiyada satışa çıxarılıb

ABŞ istehsalı olan Nissan Murano Yaponiyada satışa çıxarılıb

AVTO
199

Fins.az - Nissan şirkəti ABŞ-da istehsal olunan dördüncü nəsil Murano krossoveri üçün Yaponiyada sifariş qəbuluna başlayıb.

Model Tennessi ştatının Smirna şəhərində yerləşən zavodda istehsal olunur və Yaponiya bazarında yalnız bir komplektasiya və tam ötürücü sistemlə təqdim ediləcək. Avtomobil sol sükanlı versiyada satılacaq ki, bu da Yaponiya bazarı üçün qeyri-adi hal hesab olunur.

Murano-nun Yaponiyada satışa çıxarılması ABŞ və Yaponiya arasında avtomobil ticarətinin genişləndirilməsi təşəbbüsünün bir hissəsi kimi qiymətləndirilir. Bu məqsədlə Yaponiya ABŞ istehsalı olan avtomobillərin idxalı üçün bəzi prosedurları sadələşdirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ istehsalı olan Nissan Murano Yaponiyada satışa çıxarılıb — Fins.az — Fins.az