AVTO

18 Aprel

Maserati-dən GranCabrio Folgore

Avtomobil sənayesində hər zaman gündəmdə olan Maserati bu dəfə tam elektriklə işləyən GranCabrio Folgore modeli ilə danışılır. Öz seqmentində ilk 100% elektrik konvertasiyası olan Folgore bununla da tarixdə öz yerini tutacaq.

Fins.az xəbər verir ki, İtaliyada keçirilən hərtərəfli tədbirdə təqdim edilən avtomobil çox idman üslublu və müasir xətləri ilə diqqət çəkir. Artıq avtomobilin ciddi satış uğuru əldə edəcəyi gözlənilir.

Dizaynı İtalyan mədəniyyəti ilə bəzədilmiş model təqdimat üçün xüsusi Liquid Rose rəngində satışa çıxarılacaq. Eksteryer dizaynında klassik Maserati izlərini daşıyan Folgore, interyer dizaynı baxımından sərhədləri aşır. Marka loqosu ilə mükəmməl oturacaqları ilə rahatlığı ön plana çıxaran avtomobil ən son texnologiyalarla təchiz edilmiş multimedia ekranı ilə də gələcək. Beləliklə, sürücünün bütün ehtiyaclarını buradan qarşılayacağına ümid edilir.

Maserati-nin elektrik modellərinin zirvəsini təmsil edən GranCabrio Folgore qlobal bazarda diqqəti cəlb edərsə, fərqli versiyalarda görünə bilər. Avtomobilin rəsmi satış qiymətinin 220 min dollar civarında olacağı gözlənilir.

Avtomobilin əsas texniki xüsusiyyətləri bunlardır:

  • 818 at gücü

  • 1350 Nm fırlanma anı

  • 0-100 km/saat: 2,8 saniyə

  • 83 kVt/saat batareya tutumu

  • 386 km məsafə

  • 270 kVt DC sürətli şarj dəstəyi

Günel Məlikzadə
Fins.az