AVTO

18 Aprel

Tesla-nın Hindistan planı

Tesla-nın baş direktoru Elon Musk gələn həftə Yeni Dehliyə səfəri zamanı Hindistanda yeni fabrik tikmək üçün 2-3 milyard dollarlıq investisiya planını açıqlamağa hazırlaşır.

Fins.az Reuters-a istinadən xəbər verir ki, Mask Hindistana səfəri çərçivəsində gələn bazar ertəsi Hindistanın baş naziri Narendra Modi ilə görüşəcək.

Musk, elektrikli avtomobil sənayesinin hələ başlanğıc mərhələsində olan dünyanın üçüncü ən böyük avtomobil bazarı olan Hindistan bazarına daxil olmaq planını açıqlayacaq.

Hindistanda hazırda kiçik, lakin böyüyən elektrik avtomobil bazarı yerli avtomobil istehsalçısı Tata Motors tərəfindən idarə olunur.

Günel Məlikzadə
Fins.az