AQRO

17 May

Cəlilabadda 11 min 942 hektar sahədə yazlıq bitkilər əkilib

Bu il havaların əlverişli keçməsi Cəlilabad rayonunda yazlıq əkinlərin optimal müddətdə və keyfiyyətlə aparılmasına şərait yaradıb. Rayonun fermerləri və məhsul istehsalçıları bu il 11942,3 hektar sahədə yazlıq əkin aparıblar. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1204,2 hektar çoxdur.

Bu barədə Cəlilabad Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, rayonda bu ilin məhsulu üçün 61 min 700 hektar sahədə payızlıq taxıl əkilib. Bunu 56 min 500 hektarını buğda, 5 min 200 hektarını isə arpa təşkil edir.