AQRO

17 May

Neftçalada çiyid səpini başa çatıb

Neftçalada çiyid səpini müvəffəqiyyətlə başa çatıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, cari ildə rayonda 6 min hektardan çox sahədə pambıq əkilməsi nəzərdə tutulub. İstehsal müəssisələri ilə müqavilə bağlayan “ağ qızıl” ustaları qısa müddətdə 6 min 822 hektar sahədə səpin aparıblar. Bu da ötən ildəkindən 848 hektar çoxdur. İlkin mərhələdə səpin aparılmış 4 min 420 hektar sahədə yaxşı bitiş alınıb.

Hazırda pambıqçılar sahələrdə kultivasiya işləri görür, xəstəlik və zərərvericilərə qarşı dərmanlama aparırlar.

Qeyd edək ki, ötən il neftçalalı pambıqçılar 5 min 973 hektar pambıq sahəsindən 23 min 41 ton məhsul toplayıblar.