SAĞLIQ

Dərman firmaları baş nazirin müavininə müraciət etdi
08 SENTYABR
364

Dərman firmaları baş nazirin müavininə müraciət etdi

2016-09-08 13:08:00

Xarici valyuta ilə bağlı problemlərlə əlaqədar dərman şirkətləri Azərbaycan hökumətinə müraciət edib. 

Fins.az xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.

E. Ağayev deyib ki, valyuta ilə bağlı problemlərin dərman qıtlığına yol açacağı ilə bağlı məsələ hər kəsi narahat edir:

“Dərman şirkətləri baş nazirin müavini Əli Əhmədova müraciət edib. Bu müraciət Səhiyyə Nazirliyinə də göndərilib. Bu məsələ İqtisadiyyat Nazirliyini də çox narahat edir. Dünən Tarif Şurası ilə bu məsələni müzakirə etmişik. Çünki bir çox dərman şirkəti, əhali Səhiyyə Nazirliyinə müraciət edir ki, dərman vasitələrinin çatışmazlığı yarana bilər. Düşünürəm ki, bu məsələ tənzimlənəcək. Çünki İqtisadiyyat Nazirliyi hökumətin, Milli Bankın qarşısında məsələ qaldırıb ki, bu məsələ tənzimlənsin".

E.Ağayeb deyib ki, əsas problem yaradan məsələ valyutanın müəyyən olunmuş marjadan - 4 faizdən yuxarı satılmasıdır. "Bu səbəbdən şirkətlər işlərini tənzimləyə bilmirlər. Şirkət də maraqlıdır ki, gətirdiyi dərmandan müəyyən qədər vəsait qazansın. Bu məsələ mütləq tənzimlənəcək".

 

Mnbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272