BİZNES

Azərbaycan ilə bu ölkə arasında sərmayələrin qorunması haqqında saziş hazırlanır
21 MAY
173

Azərbaycan ilə bu ölkə arasında sərmayələrin qorunması haqqında saziş hazırlanır

2018-05-21 11:09:00

Azərbaycan ilə Türkmənistan arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş hazırlanır. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

O bildirib ki, 2017-ci ildə Türkmənistan Prezidentinin Azərbaycana səfərinin və səfər zamanı imzalanmış sənədlərin, o cümlədən Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin əməkdaşlığın genişlənməsində mühüm rola malikdir. Tranzit, İKT, turizm, humanitar və sair sahələrdə əməkdaşlıq imkanları genişdir. Hazırda iki ölkə arasında müzakirə mərhələsində olan sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişin və digər iqtisadi sənədlərin imzalanması iqtisadi sahədə əlaqələrin daha da inkişafına öz töhfəsini verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253