VAKANSİYA

25 Sentyabr

"Caspian Textile" MMC satış meneceri AXTARIR!

"Caspian Textile" MMC, satış meneceri vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

İş haqqında məlumat:

  • Müəyyən olunmuş həcmlərə uyğun satışın təşkili və həyata keçirilməsi;
  • Satış strategiyasının hazırlanması;
  • Yeni müştərilərin aktiv axtarışı;
  • Mövcud müştəri bazasının genişləndirilməsi və mövcud müştərilərin saxlanılması üçün işlərin aparılması;
  • Rəqiblərin fəaliyyətini və ümumilikdə bazar vəziyyətini mütəmadi olaraq izləmək;
  • Satışlar, şirkət məhsulları və bazar vəziyyəti haqqında lazımi hesabatların hazırlanması;
  • Qiymət siyahılarının və malların texniki xüsusiyyətlərinin hazırlanması.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə.

Namizəd tələbləri:

  • Müştərilərlə yüksək səviyyəli yazışma və müvafiq iş təcrübəsi;
  • Bu sahədə minimum 5 il iş təcrübəsi;
  • Marketinq sahəsində yaxşı biliyin olması üstünlükdür;
  • Ünsiyyət qurmaq və inandırmaq bacarığı;
  • Namizəd səliqəli, nizam-intizamlı və punktual olmalıdır
  • Mükəmməl MS Office biliyi (Word, Excel, Power Point, Outlook)
  • Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti.

Ünvan: Qaradağ rayonu, Lökbatan qəsəbəsi

Servis avtobusu mövcuddur

Qeyd: Tələblərə cavab verən namizədlərdən xahiş olunur öz şəkilli CV formalarını [email protected] electron poçt ünvanına və ya 051 201 12 71 nömrəsinə WhatsApp vasitəsilə göndərsinlər. Yalnız uyğun olan namizədlər müsabiqəyə dəvət olunacaqlar.

Zemfira Ms
Fins.az