VAKANSİYA

19 Sentyabr

Mərkəzi Bank Kiçik iqtisadçı AXTARIR

Azərbaycan Respublikasının Mərkəzi Bankı Kiçik iqtisadçı vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Struktur bölmənin adı: Maliyyə sektorunun dayanıqlı inkişafı departamenti, Maliyyə sektorunun inkişafı şöbəsi

Hesabatlı olduğu vəzifə: Şöbə rəisi

Vəzifənin funksiyaları:

  • Maliyyə sektorunun inkişafı ilə bağlı cari vəziyyətin təhlili, mütərəqqi beynəlxalq praktikanın araşdırılması, mövcud çatışmazlıqların aradan qaldırılmasına dair müvafiq təkliflərin verilməsində iştirak;
  • Maliyyə sektorunun inkişaf məsələləri ilə bağlı beynəlxalq təşkilatlar və yerli qurumlardan daxil olan məktub və sorğuların cavablandırılmasında iştirak; 
  • Maliyyə sektorunun inkişaf strategiyasının icrası üzrə, habelə infrastrukturunun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində təkliflərin verilməsində iştirak;
  • Şöbənin funksiyalarına aid müxtəlif hesabatların, təqdimatların hazırlanmasında iştirak;
  • Şöbənin funksiyaları daxlində müvafiq daxili və xarici yazışmanın təşkili.

Texniki kompetensiyalar:

  • Maliyyə bazarları, institutları və alətləri – orta səviyyədə
  • Bankçılıq – orta səviyyədə
  • Maliyyə sektoru üzrə qanunvericilik – ilkin səviyyədə
  • Maliyyə hesabatlığı– ilkin səviyyədə
  • Makroiqtisadiyyat – orta səviyyədə
  • Statistika və ekonometrika – ilkin səviyyədə

Davranış kompetensiyaları:

  • Analitik təhlil etmə
  • Ünsiyyət qurma
  • İnnovativlik və kreativlik
  • Vaxtın idarəedilməsi

Təcrübə:

  • Müvafiq sahədə iş təcrübəsi üstünlükdür.

Təhsil:

  • Müvafiq sahədə ali təhsil (Maliyyə,İqtisadiyyat və Biznesin idarə edilməsi)

Dil bacarığı:

  • Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (əla səviyyədə)

Kompüter bacarıqları:

  • MS Office-Yaxşı səviyyədə

Son müraciət tarixi: 08.10.2024

Müraciət üçün qeyd edilmiş LİNKƏ keçid edəbilərsiniz.