VAKANSİYA

19 Aprel

Memar - VAKANSİYA

"Deluks Kamin" şirkəti memar vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Tələblər:

  • İnşaat mühəndisliyi və memarlıq fakültəsini bitirib, 
  • Türkiyə və ya Avropada təhsili olanlara üstünlük verilir,
  • 25-40 yaş arası bəy/xanım, 
  • Yerli/beynəlxalq tikinti dekorasiyası sahəsində ən azı 5 il iş təcrübəsi,
  • AutoCad və 3dmax proqramlarını yaxşı bilmək,
  • Müsahibələr, görüşlər keçirmək və hesabatlar hazırlaya bilmək üçün ingilis, rus və türk dillərini mükəmməl bilməli,
  • Analitik düşünmə, güclü vaxt idarəetmə və planlaşdırma bacarığı,
  • Güclü yazılı və şifahi ünsiyyət bacarıqları,
  • Müştəri məmnuniyyətini ön planda tutan namizədlər qiymətləndiriləcək.

İşin təsviri:

  • Hazırlanmış istehsal, montaj və çatdırılma planlarının, layihələndirilmiş və elan edilmiş texniki proses ssenarilərinin həyata keçirilməsi, inkişafı, əlaqələndirilməsi və nəzarəti.
  • Marketinq və texniki departamentlər tərəfindən görülən işləri izləyərək şirkətin texniki siyasət və təcrübələrini yeniləmək.
  • Texniki kadrların hazırlanması üçün şirkətin ümumi siyasətlərinə uyğun olaraq təcrübələrin aparılması, bütün lazımi plan və proqramların hazırlanması, həyata keçirilməsi və onlara nəzarət edilməsi.
  • Müəyyən edilmiş hədəflərə çatmaq üçün texniki şöbənin işçiləri üçün bütün lazımi əməliyyatları koordinasiyalı şəkildə həyata keçirmək.
  • Satış öncəsi dizayn və layihə, istehsal mərhələləri, montaj və çatdırılma tamamlandıqdan sonra iş və əməliyyatları yerinə yetirmək üçün müvafiq departamentlərlə koordinasiyada çalışaraq müştəri məmnuniyyətini ən yüksək səviyyədə saxlamaq.
  • Texniki işləri və əməliyyatları təhlil edərək və rəqabət aparan məhsullar haqqında hesabatlar yaradaraq şirkətin strategiyalarında lazımi dəyişikliklərin edilməsini təmin etmək.
  • Məhsullarımızın qiymət trendi, anbar vəziyyəti, satılacaq malların tədarükü və çatdırılma müddətləri ilə bağlı satış, logistika-mühasibat və marketinq şöbələri ilə koordinasiyalı işlərin aparılması.

Yer: Bakı / Azərbaycan

Maaş Şkalası: 1000-2000 Azn

Müraciət etmək üçün CV-nizi e-mail ünvanına ([email protected]) göndərməyinizi xahiş edirik.