“Buxar Mühəndislik” müəssisəsinin əsası 1971-ci ildə qoyularaq Mənzil Kommunal Təsərrüfat Nazirliyinin nəzdində qazanxanaların təmiri və quraşdırılması ixtisası üzrə Təmir Tikinti Bazası kimi fəaliyyətə başlayıb.
Fins.az xəbər verir ki, “Buxar Mühəndislik” şirkəti baş mühasib üzrə 2 ildən çox təcrübəsi olan namizədləri “baş mühasib” vakansiyası üzrə müsahibəyə dəvət edir.
Namizədə olan tələblər:
- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
- Baş mühasib kimi ən azı 2-3 il iş təcrübəsi;
- Maliyyə əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
- Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
- MS Office, 1C, proqramlarında yüksək səviyyədə işləyə bilməli;
- Maliyyə proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli
- Peşəkar mühasibatlıq sertfikatına malik olmalı;
- Diqqətli, çevik və məsuliyyətli olmalı;
İş haqqında:
- Vergi, statistika və DSMF hesabatların hazırlanması;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün əməliyyatlarının (bank) mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
- Bank əməliyyatlarının həyata keçirilməsi, elektron qaimə və vergi hesab fakturaların yazılması, kassa, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsini bacarmaq;
- Əmək haqqı, ezamiyyətlərin, xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin və s. hesablanması;
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.
CV-ləri Baş mühasib mövzusu ilə e-mail [email protected] ünvanına göndərə bilərsiniz.