VAKANSİYA

26 Fevral

Risk metodologiyası və hesabatlılıq şöbəsinin böyük/baş mütəxəssisi - VAKANSIYA

Fins.az xəbər verir ki, "Xalq Bank" "Risk metodologiyası və hesabatlılıq şöbəsinin böyük/baş mütəxəssisi" vakansiyası elan edir

Təsvir:

  • Müxtəlif ssenarilər üzrə Bankın risklərə dayanıqlığını ölçməyə imkan verən risk modellərinin hazırlanması, stress-testlərin keçirilməsi;
  • Bankın məhsul və xidmətlərinin təhlili;
  • Risklərin müəyyən olunması (limit təyini) və idarə olunması üzrə təkliflərin verilməsi;
  • Depozit və Kredit portfeli üzrə cəmləşmənin, orta faizin hesablanması;
  • Risklərin qiymətləndirilməsi, təhlili və nəticəsi barədə hesabatların hazırlanması.

Tələblər:

  • Ali magistr təhsili (xarici təhsili olan və ya risk sertifikasiyası proqramlarını bitirən namizədlərə üstünlük verilir);
  • Müvafiq sahə üzrə ən azı 3 illik təcrübə;
  • Hərbi xidməti bitirən və ya möhlət hüququ olan (oğlanlar üçün);
  • İngilis dili biliyi mütləqdir;
  • Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;
  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • BI və Data analitika bilikləri;
  • Maliyyə hesabatlarının hazırlanması üzrə təcrübə və ya biliklər;
  • Stress-testləşdirmə və risklərin modelləşdirilməsi üzrə biliklər;
  • Statistik analiz metodlarının tətbiqi ilə ekonometrik modellərin hazırlanması üzrə biliklər;
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • Analitik düşünmə və tədqiqat bacarığı;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.

Ətraflı məlumat üçün linkə keçid edin!