VAKANSİYA

21 Oktyabr

"YeloBank" işçi axtarır – VAKANSİYA

Yelo Bank CRM şöbəsinin rəhbəri vəzifəsinə işçi axtarır. 

Siz elektron poçtun “mövzu” yerinə “CRM_manager” qeyd etməklə öz tərcümeyi-hallarını (cv-lərinizi) [email protected] ünvanına göndərə bilərsiniz.

Vəzifə öhdəlikləri:

• Müştərilərin məlumat bazasının idarə edilməsi:
  - Məlumat bazasında müştərilər haqqında əsas informasiyanın saxlanılması
  - Verilənlər bazasına yeni müştərilər haqqında məlumatın vaxtında, tam və keyfiyyətli ötürülməsinin təşkili və nəzarətdə saxlanılması
  - Müştəri məlumat bazasının fasiləsiz işinə nəzarət, problemlərin yaranması halında - bu haqda uyğun bölmələrə məlumatın verilməsi
• CRM sisteminin qurulması:
  - Verilənlər bazasının statistik məlumatları, daimi olaraq onların təhlili və seqmentləşdirilməsi (bir və ya bir neçə reklam kampaniyası üçün)
• Marketinq layihələrinin aparılması
  - Reklam kampaniyalarının təqvim planının hazırlanması
  - Reklam kampaniyaları haqqında müştərilərə məlumatın verilməsi (göndərilmələrin siyahılarının tərtib edilməsi: Göndərilməni həyata keçirmək üçün texniki tapşırığın hazırlığı; göndərilmə prosesinin koordinasiyası)
  - Hazırlıq, koordinasiyalar və promo keçirilməsinə nəzarət - tədbirlər, partnyorlarla tədbirlər və ya müştəri günləri
• Muştərilərlə iş
  - Müştəri (saytda və ya satış nöqtələrində) sorğularının keçirilməsi, hansılar ki, müştərilərin üstün tutulmalarını müəyyən edir
  - Onların analizi əsasında yaradılmış auditoriyaya görə strategiyasının hazırlanması
  - Təşkilat və müştərilərin əlaqələrin idarə edilməsi, məsələn, sms vasitəsilə - göndərilmələr, elektron poçtla sorğular
  - Potensial müştərilərin analizi, onların tələblərinin müəyyənləşdirilməsi
• Əməkdaşlarla iş
  - İşgüzar əməkdaşlarla müzakirə, onların narazılıqlarının və təkliflərinin üzə çıxarılması
  - Biznes üzrə əməkdaşların gələcək imkanlarının və etibarlılığının qiymətləndirilməsi

Tələblər:

• AR-in banklar və bank fəaliyyəti haqqında qüvvədə olan qanunvericiliyi, AR MB-nin filialların və kredit təşkilatlarının bölmələrinin fəaliyyət məsələləri üzrə normativ sənədləri, əmək qanunvericiliyi haqqında bilik
• Maliyyə və mühasibatlıq hesabatları formaları üzrə biliklər, onları təhlil etmək və kollegial orqanlara təqdim etmək üçün zəruri analitik materialların hazırlanması bacarığı
• Beynaxalq ödəniş sistemleri qüvvədə olan tələbləri haqqında bilik.
• AR-in Əmək qanunvericiliyinin əsasları haqqında bilik
• Bank sisteminin quruluşu və bank işinin əsasları haqqında bilik
• Microsoft office proqramlarından istifadə bacarığı
• Xarici dil bilikləri - rus dili, inglis dili arzu olunandır
• İdarəetmə bacarıqları
• Yüksək dərəcədə analitik qabiliyyət
• Səmərəli ünsiyyət qurmaq bacarığı
• Komanda ilə işləmə və qərar qəbul etmə qabiliyyəti
• İşlərini planlaşdırma bacarığı
• Məsuliyyətlilik

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul və iş qrafiki