"Rabitəbank" ASC“, “2025-ci il üçün Promo məhsulların” satın alınması ilə bağlı açıq tender elan edir.
Fins.az şirkətin tender üzrə tələb və şərtlərini təqdim edir:
Tenderin elan tarixi: 07.10.2024
Tenderin son tarixi: 15.10.2024, saat 13:00.
Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:
• İştirakçı şirkətin bu sahədə təcrübəsi və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)
• Təklif edilən promo məhsullarının tələblərə və texniki göstəricilərə uyğunluğu
• Məhsulların qeyd edilən vaxtda çatdırılmasına zəmanətin verilməsi
Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
• Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli (Lisenziyanı təqdim edə bilməsi haqqında məlumat, portfolio və s.)
• Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri – Lazım olduğu təqdirdə istək olunacaq
• Qiymət təklifi (Azərbaycan manatı və ƏDV ilə qeyd olunmalı)
• Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)- Lazım olduğu təqdirdə istək olunacaq
• Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd – Lazım olduğu təqdirdə istək olunacaq
Daha ətraflı texniki şərtlərlə buradan tanış ola bilərsiniz.
Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə Bakı şəh., AZ 1010, 28 May küç. 33 ünvanına göndərilməlidir.
Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər [email protected] elektron ünvanına və ya +994 50 263 73 53 nömrəsinə müraciət edə bilərlər.
Zemfira Ms
Fins.az