TENDER

24 Sentyabr

İpoteka Fondu işçilərini tibbi sığorta etdirir: 381 min manatlıq TENDER

Azərbaycan Respublikasinin İpoteka və Kredit Zəmanət Fondu, işçilərin könüllü tibbi sığortalanması xidmətinin satınalınması üzrə tender elan edir.

Fins.az xəbər verir ki, iştirak haqqı 350 manatdır və təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.

İstifadə haqqı 25 manatdır və təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.

Satınalan təşkilatın VÖEN-i: 1403502281
Satınalan təşkilatın ünvanı: AZ1014, Bakı şəhəri, Bül-bül prospekti 40
Ehtimal olunan qiymət: 381.312,00 AZN

Ətraflı məlumat üçün keçiddən istifadə edin.

Zemfira Ms
Fins.az