TENDER

20 Sentyabr

Şərur Liseyində dezinfeksiya və deratizasiya üçün Tender elanı

Şərur şəhər Fizika-Riyaziyyat təmayüllü lisey dezinfeksiya, dezinseksiya və deratizasiya xidmətlərinin satınalınması üzrə tender elan edir.

Fins.az xəbər verir ki, iştirak haqqı 10 manatdır və təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.

İstifadə haqqı 25 manatdır və təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.

Satınalan təşkilatın VÖEN-i: 0700637931
Ehtimal olunan qiymət: 1.300,00 AZN

Ətraflı məlumat üçün keçiddən istifadə edin.