SOSİUM

14 Oktyabr

SOCAR tələbələri Ərdoğan tərəfindən mükafatlandırılıb

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “BHOSWARE” və “Dərbəndqala - BHOS” komandaları “TEKNOFEST-2024”də I və II yeri qazanıb.

Fins.az xəbər verir ki, komandalar Adana şəhərində Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən mükafatlandırılıb.

“BHOSWARE” komandasının elmi rəhbəri İnformasiya texnologiyaları kafedrasının müəllimi Nihat Əlili, üzvləri isə İnformasiya təhlükəsizliyi ixtisasının V kurs tələbələri Əli Məhərrəmli, Məhəmmədcan Məhəmmədcanov, Sahib Hümbətzadə və Oqtay Əhmədovdur. Komandamız 150,000 TL dəyərində pul mükafatına layiq görülüb.

Eləcə də “Dərbəndqala - BHOS” komandasının elmi rəhbəri Ali Məktəbin İnnovasiya və tədqiqatlar mərkəzinin böyük mühəndisi Emiliya Əhmədova, üzvləri isə Proseslərin avtomatlaşdırılması ixtisasının 4-cü kurs tələbələri Zahid Abdullayev, Rəna İsayevə, Rəvan Xıdırov və  Biznesin idarə edilməsi ixtisasının 4-cü kurs tələbəsi Murad Əliyevdir. 

“Dərbəndqala - BHOS” komandası öz kateqoriyası finala vəsiqə qazanmış yeganə xarici komanda olub. Komandamız 50,000 TL dəyərində pul mükafatına layiq görülüb.

Zemfira Ms
Fins.az