SOSİUM

11 Oktyabr

Uçuşlarda təhlükəsizlik artırılır: Yeni tənzimləmələr gəlir

Nazirlər Kabineti, “Uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsi Qaydası”nı təsdiq edib. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, bu qayda “Aviasiya haqqında” qanuna və beynəlxalq konvensiyalara uyğun hazırlanıb.

Fins.az xəbər verir ki, qayda, mülki hava gəmilərinin istismarı zamanı uçuş təhlükəsizliyinin təmin edilməsi məqsədini güdür. O, həmçinin, Azərbaycan qeydiyyatında olan, lakin başqa dövlətlər tərəfindən istismar edilən hava gəmilərinə dair tənzimləmələri əhatə edir. Uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların ötürülməsi, beynəlxalq öhdəliklərə əsaslanaraq həyata keçiriləcək.

Müqavilə əsasında dairəsi dəqiq müəyyən edilərək ötürülən funksiyalara və vəzifələrə münasibətdə qeydiyyat dövləti məsuliyyətdən azad edilir.
 

Zemfira Ms
Fins.az