SOSİUM

28 Aprel

Yollarda xüsusi avtobus zolaqları sıxlığa səbəb olacaq - AÇIQLAMA

Yollarda xüsusi avtobus zolaqları olduğu zaman müəyyən küçələrdə sıxlıqlar olacaq, əhali buna öyrəşməlidir. 

Fins.az xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib. 

O bildirib ki, bu gün xüsusi zolaqların verdiyi zəncirvari effekti hələ ki yarada bilməmişik: 

“Təklif etdiyimiz 24 zolaqdan 13-ü razılaşdırılıb. Onlardan 10-u artıq təşkil edilib. Məsələn, Atatürk prospektində xüsusi zolaq var, amma Ziya Bünyadov prospektində itir. Avtobus da nəzərə almaq lazımdır ki, təyyarə deyil. Sərnişinlər narazılıqlarını başa düşürük, amma avtobusların intensivliyi təmin edilmədikcə sıxlıqlar yaşanır”. 

V.Kərimli dar küçələrdə xüsusi zolaqlarını yaradılması məsələsinə də toxunub: “Əksər dar küçələri olan dünya şəhərlərində avtobus zolaqları salınıb. Xüsusi zolaqla sərnişinlərin səyahət etmə vaxtı 2 dəfə, sərnişin sıxlığı da azalır. Avtobus zolaqları şəxsi nəqliyyatdan çox avtobuslardan istifadəni stimullaşdırmaq üçündür”.