Prezident İlham Əliyevin tapşırığına əsasən ödənişli ictimai iş yerlərinin 37 mindən 90 minə çatdırılması istiqamətində işlər davam edir.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Nazirliyin məlumatına görə, həmin işlərdə çalışanların sayı artıq 60 minə yaxındır: "Bu say 90 minə çatdırılacaq".