SIĞORTA

07 Noyabr

Azərbaycanda könüllü tibbi sığorta yığımları azalıb, ödənişlər artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda könüllü tibbi sığorta üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.

Fins.az xəbər verir ki, Mərkəzi Bankın hesabatına əsasən, könüllü tibbi sığorta üzrə yığımlar 96 milyon 908 min manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 702 min manat və ya 4% azdır. Ötən ilin yanvar-sentyabr aylarında bu rəqəm 99 milyon 800 min manat idi.

Hesabat dövründə bu sığorta növü üzrə ödənişlər 70 milyon 761 min manata çatıb ki, bu da illik müqayisədə 15 milyon 219 min manat və ya 27% çoxdur. 2023-cü ilin eyni dövründə isə 55 milyon 542 min manat sığorta ödənişi edilmişdi.

Bu dövrdə zərərlilik göstəricisi 74% təşkil edib və son bir ildə 18% artıb. 2023-cü ilin müvafiq dövründə zərərlilik göstəricisi 56% idi.

Fuad Mədətov
Fins.az