SIĞORTA

05 Noyabr

Sığorta bazarında İLK: PAŞA Sığortadan KASKO sığortanı tam onlayn almaq imkanı!

PAŞA Sığorta innovativ addımları ilə avtomobil sahiblərini sevindirməyə davam edir. Bu dəfə PAŞA Sığorta qeyri-həyat sığorta bazarında bir ilkə imza ataraq satış istiqaməti üzrə yeni funksionallığı təqdim edir.

Fins.az xəbər verir ki, artıq bütün avtomobil sahibləri harada olmağından asılı olmayaraq ofisə yaxınlaşmadan öz KASKO sığortasını onlayn olaraq əldə edə biləcək. Bunun üçün sadəcə aşağıdakı link vasitəsilə PAŞA Sığorta saytına daxil olmaq kifayət edir. Tələb olunan məlumatları doldurduqdan sonra müştərilər avtomobilləri  üçün Tam KASKO məhsulunu  bir neçə dəqiqə ərzində əldə edərək sığortanı rahatlıqla rəsmiləşdirə bilərlər.

Müraciət üçün link:  //cutt.ly/menEyVLQ

Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “SP Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

//www.instagram.com/reel/DBZPnI8tfdY/?utm_source=ig_web_copy_linkigsh=MzRlODBiNWFlZA==


Zemfira Ms
Fins.az