SIĞORTA

01 Noyabr

Aqrar Sığorta Fondu 9 aylıq nəticələrini AÇIQLAYIB

Bu ilin yanvar-sentyabr aylarında Aqrar Sığorta Fondu 405 604 hektar əkin sahəsini, eləcə də 2 380 baş iri və xırdabuynuzlu mal-qaranı sığortalayıb.

Fins.az Fonda istinadən xəbər verir ki, 9 ay ərzində bitkiçilik sığortası üzrə 10,856 milyon manat sığorta haqqı toplanılıb və 457 milyon manatıq sığorta təminatı verilib, heyvandarlıq sığortası üzrə isə 1,412 milyon sığorta haqqı toplanılıb, 14 milyon manatlıq sığorta təminatı verilib.

Beləliklə, ümumi sığorta yığımı 12,268 milyon manat, ümumi sığorta təminatı isə 471 milyon manat təşkil edib.

Hesabat dövründə Fond 3,789 milyon manat sığorta ödənişi verib ki, bu da ötən ilin eyn dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur. O cümlədən, bitkiçilik üzrə sığorta ödənişi 3,7 dəfə artaraq 2,908 milyon manat, heyvandarlıq üzrə sığorta ödənişi isə təxminən 40 % artaraq 881 min manat olub.

Azərbaycanda aqrar sığorta haqqının 50 %-ni dövlət, qalanını isə fermerlər ödəyir.