Azərbaycan Mərkəzi Bankı (AMB) "Consolation" MMC-yə sığorta agenti fəaliyyəti üçün lisenziya verib.
Fins.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bununla, Azərbaycanda sığorta agenti lisenziyasına malik hüquqi şəxslərin sayı 57-ə çatıb.
Qeyd edək ki, "Consolation" MMC 2024-cü ilin aprel ayında dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 10 manatdır.
Fuad Mədətov
Fins.az