Bu ilin ilk 9 ayında Azərbaycanda sığorta ödənişləri 553,7 milyon manat təşkil edib.
Fins.az-ın Mərkəzi Banka istinadən verdiyi məlumata görə, ödənişləri ən yüksək olan şirkətlər "Paşa Həyat Sığorta" (317,1 milyon manat) və "Paşa Sığorta" (103,3 milyon manat) olub.
“Atəşgah Həyat” Sığorta Şirkətinin ödənişləri 36,3 milyon manatı keçib.
“Atəşgah” Sığorta Şirkəti isə 9 ayda 17,4 milyon manata yaxın sığorta ödənişi edib.
"Qala Sığorta"nın ödənişləri 11,4 milyon manata, "Meqa Sığorta"nın ödənişləri isə 10,5 milyon manata çatıb.
Hesabat dövrünə əsasən, ən aşağı ödənişlər 247 min manatla "İpək Yolu Sığorta"da qeydə alınıb.
Fuad Mədətov
Fins.az