Sığorta sektoru dayanıqlılıq təşəbbüslərinin həyata keçirilməsində aktiv iştirak edir. Mərkəzi Bank hökumətlə birlikdə sığorta sektorunun bu istiqamətdə fəaliyyətini fəal dəstəkləyir.
Fins.az xəbər verir ki, bunu Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib.
Onun sözlərinə görə, bu çərçivədə bərpa olunan enerji sığortası, İqlim riskinin sığortası, eko-avtosığortası və kənd təsərrüfatı sığortası kimi seqmentlərin inkişafı diqqətdə saxlanılır.
Fuad Mədətov
Fins.az