“Həyatın Yaşam Sığortası” proqramı, əməkhaqqınızdan çıxılan vergi və sosial sığorta ödənişlərinin hesabınıza qayıtması ilə yanaşı, həyatınızı da sığortalama imkanı təqdim edir. Bu, mükəmməl bir yığım məhsuludur ki, siz 3 ildən sonra yığımlarınızı və faizi geri ala bilərsiniz.
Fins.az xəbər verir ki, hər ay əməkhaqqınızdan müəyyən bir hissəni “Həyatın Yaşam Sığortası” proqramına yönləndirin. Bu yolla, aşağıdakı imtiyazlardan faydalana bilərsiniz:
- DSMF ödənişləri və gəlir vergisi hesabınıza qayıdır.
- +3% gəlirlilik faizi alırsınız.
Proqramın şəffaflığı və çevikliyi sayəsində şəxsi kabinetiniz vasitəsilə müqavilələrinizi istənilən vaxt və yerdən rahatlıqla idarə edə bilərsiniz.
“PAŞA Həyat”, “PAŞA Holdinq” qrupuna daxildir, bu da sizə etibarlı bir sığorta təklif edir. Proqram, Sosial Sığorta haqqında qanunun 15-ci maddəsi və Vergi Məcəlləsinin 116-cı maddəsinə əsaslanır.
Hazırda 1002 partnyor şirkətin 19,282 əməkdaşı “Həyatın Yaşam Sığortası” ilə yığımlarını artırır.
Sizin də gələcəyiniz üçün mükəmməl bir fürsətiniz var! Həyatınızı sığortalayın və maliyyə gəlirinizi artırın.
Fuad Mədətov
Fins.az