SIĞORTA

30 Avqust

PAŞA Sığortadan sadəcə 1 günlük 30% xüsusi endirim!

PAŞA Sığorta avtomobil sahibləri üçün havanın temperaturuna özəl olaraq 1 günlük xüsusi kampaniya elan edir. Yalnız 30 avqust tarixində öz avtomobilini Tam KASKO üzrə sığortalamaq istəyən şəxslər 30% xüsusi endirim əldə edəcək.

Bu barədə Fins.az-a sığorta şırkətindən məlumat daxil olub.

Kampaniyadan yararlanmaq, həmçinin kampaniya barədə ətraflı məlumat üçün *7000 - Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya  //cutt.ly/IeQksbhk  keçidi ilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, avtomobilin marka/modeli, istehsal tarixi, təqribi bazar dəyəri, əlaqə nömrəsi kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook (//www.facebook.com/pasha.insurance/) səhifəsinə göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz.

Kampaniya haqqında ətraflı məlumat üçün keçid: //cutt.ly/beQkc77v

Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “SP Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.



Zemfira Ms
Fins.az