SIĞORTA

29 Avqust

Azərbaycan Mərkəzi Bankı sığortaçı seçir

Azərbaycan Mərkəzi Bankı (AMB) əməkdaşlarının tibbi sığortalanması xidmətləri üçün açıq tender elan edib.

Fins.az xəbər verir ki, tenderdə iştirak haqqı 450 manatdır.

İddiaçılar öz təkliflərini sentyabrın 18-dək AMB-nin Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90 ünvanına təqdim edə bilərlər. Tenderin ehtimal olunan məbləği 977,6 min manatdır. Təkliflərə sentyabrın 18-i, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.

AMB, sığorta xidməti çərçivəsində 16 əməkdaşının və ailə üzvlərinin sığortalanması üçün VİP paket (minimum 10 min manat), 885 əməkdaşı və onların 632 ailə üzvü üçün isə standart paket (minimum 5 min manat) satın alacaq.