Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrində dəyişiklik edilib
Əmanətlərin Sığortalanması Fonduna 29 avqust 2008-ci il tarixdə üzv olan "Naxçıvanbank" ASC "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və banka verilmiş şəhadətnamə ləğv edilib.
Bu barədə Fins.az-a ƏSF-dan məlumat verilib.
Məlumata görə, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 24 iyul 2024-cü il tarixli qərarı ilə “Naxçıvanbank” ASC-nin müraciəti əsasında “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.1-ci və 29-cu maddələrinə, eləcə də “Bankların yenidən təşkili haqqında Qaydalar”a (Qaydalar) müvafiq olaraq “Naxçıvanbank” ASC-yə bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş bank lisenziyası həmin tarixdən etibarən ləğv edilib.
Əmanətlərin Sığortalanması Fondu "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların 30 iyul 2024-cü il tarixinə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırır:
|
Reyestrə daxil olma tarixi |
Bankın adı |
1 |
30.07.07 |
"XALQ"Bankı ASC |
2 |
30.07.07 |
"Azərbaycan Beynəlxalq Bankı"ASC |
3 |
30.07.07 |
“ACCESSBANK” QSC |
4 |
30.07.07 |
Melli İran Bankı Bakı filialı |
5 |
30.07.07 |
"Azər-Türk Bank" ASC |
6 |
30.07.07 |
"Bank of Baku" ASC |
7 |
30.07.07 |
"Bank Respublika" ASC |
8 |
30.07.07 |
"Kapital Bank" ASC |
9 |
30.07.07 |
"YELO BANK" ASC |
10 |
30.07.07 |
"Rabitəbank" ASC |
11 |
30.07.07 |
"TURANBANK" ASC |
12 |
30.07.07 |
"UNİBANK" KB ASC |
13 |
30.07.07 |
Yapı Kredi Bank Azərbaycan QSC |
14 |
07.08.07 |
"Expressbank"ASC |
15 |
10.09.07 |
"Azərbaycan Sənaye Bankı" ASC |
16 |
04.12.07 |
"Bank Avrasiya" ASC |
17 |
04.12.07 |
"Paşa Bank" ASC |
18 |
16.01.09 |
"AFB BANK"ASC |
19 |
26.02.09 |
BANK VTB (AZƏRBAYCAN) ASC |
20 |
28.04.09 |
PREMIUM BANK ASC |
21 |
15.04.10 |
Bank "BTB" ASC |
22 |
15.05.15 |
"Ziraat Bank Azərbaycan" ASC |